Xəzər Xəbər

Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər Ankara-İrəvan normallaşma prosesinə də müsbət təsir edəcək Ərdoğan

Gündəm | 20:05
Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər Ankara-İrəvan normallaşma prosesinə də müsbət təsir edəcək

Biz Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyirik.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Ümid edirik ki, bu istiqamətdəki fəaliyyətdə müsbət nəticələr əldə ediləcək.

Biz, həmçinin, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi istiqamətində qarşılıqlı şəkildə faydalı olan addımlar atırıq.

Azərbaycanla Ermınistan arasındakı sülh prosesində əldə ediləcək irəliləyişlər Türkiyə və Ermənistan münasiblərinin normallaşdırılması prosesinə müsbət təsir göstərəcək", - o qeyd edib.

Xəbər lenti

Çox oxunanlar