Əli Əhmədovun Milli Məclis sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Ə.Əhmədov Yeni Azərbaycan Partiyası sədrinin müavini və İdarə Heyətinin üzvüdür.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.