Xəzər Xəbər

YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub

Gündəm | 09:00
YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub

Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib.

Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Xəbər lenti

Çox oxunanlar