Xəzər Xəbər

Sahibə Qafarova Milli Məclisin sədri seçilib YENİLƏNİB

Gündəm | 12:29
Sahibə Qafarova Milli Məclisin sədri seçilib

Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

Xezerxeber.az xəbər verir ki, iclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib. Gündəliyə əsasən Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.

Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

09:00

Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib.

Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Xəbər lenti

Çox oxunanlar