Müxtəlif mənbələrdən ümumilikdə 21 seçki dairəsi üzrə 46 məntəqədə səsvermənin nəticələri etibarsız hesab olunub.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 21-də keçirilən iclasında söyləyib.
MSK sədri bildirib ki, fəaliyyətlərində nöqsanlara yol verən ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyasının buraxılmasına qərar verilib.