Xəzər Xəbər

35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları buraxılıb YENİLƏNİB-1

Gündəm | 13:35 • 16 Sentyabr 2024
35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları buraxılıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında buraxılması təklif edilən məntəqə seçki komissiyalarının bəziləri məlum olub. 

Xezerxeber.az-ın xəbərinə görə, seçki dairələri üzrə həmin seçki komissiyaları aşağıdakılardır:

13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı,

15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı,

18 saylı Nərimanov - Nizami-Binəqədi seçki dairəsinin 15 saylı,

31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı,

38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı,

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı,

48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı,

52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı,

80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı,

82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı

104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı seçki məntəqələri.

Qeyd edək ki, 119 saylı Ağdam seçki dairəsi üzrə 21 saylı seçki məntəqəsi bu siyahıdan çıxarılıb.

12:36

Mərkəzi Seçki Komissiyasında 35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif olunub.

Xezerxeber.az xəbər verir ki, bu təkliflə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb: "Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

R.Qasımovun təklifi MSK üzvləri tərəfindən səsverməyə qoyularaq qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar