Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 16-da keçirilən iclasında Milli Məclisə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Fəxrəddin Mehdiyevin müraciətinə baxılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə MSK-nın və Ekspert Qrupunun üzvü İlkin Şahbazov bildirib.
O qeyd edib ki, namizəd həmin seçki dairəsinin bəzi məntəqələrdə seçkinin nəticələrinin etibarsız hesab olunması barədə MSK-ya müraciət edib. Araşdırma nəticəsində iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb və DSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.