Xəzər Xəbər

Bu məntəqələrdə səsvermə nəticələri etibarsız hesab edilib

Gündəm | 17:17 • 13 Sentyabr 2024
Bu məntəqələrdə səsvermə nəticələri etibarsız hesab edilib

Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin müraciətləri ilə bağlı araşdırma apardıqdan sonra sentyabrın 13-də keçirdiyi növbəti iclasında yekun qərar qəbul edib.

Xezerxeber.az xəbər verir ki, qərara əsasən 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizədliyi qeydə alınmış Aydın Əbilovun müraciəti vaxtı ötdüyü üçün qəbul edilməyib.

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış Cahandar İsmayılovun isə müraciəti əsassız hesab edilib.

21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının seçki prosesində pozuntularla əlaqədar müraciəti qismən qəbul edilib.

20 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyi qeydə alınmış Sərdar İsmayılovun isə 80, 81, 83 və 84 saylı məntəqələrdə pozuntularla bağlı müraciəti əsassız hesab edilib.

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən namizədliyi qeydə alınmış Şəhriyar Məcidzadənin müraciətinə baxılıb və qismən təmin edilib.

Namizəd müraciətində 62 seçki məntəqəsindən 12-də qanunsuzluqlar aşkar edildiyini bildirib.

Araşdırmaların nəticəsində həmin seçki dairəsi üzrə 3, 4, 18 saylı məntəqələrin nəticələri etibarsız hesab edilib.

Xəbər lenti