Xəzər Xəbər

Üç məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

Gündəm | 17:16 • 11 Sentyabr 2024
Üç məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 11-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış İlqar Məmmədovun müraciətinə baxılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə MSK üzvü Tofiq Həsənov bildirib.

İclasda 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 2, 14 və 20 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul olunub.

Xəbər lenti

Çox oxunanlar