Xəzər Xəbər

Parlament seçkiləri ilə əlaqədar MSK-ya 12 müraciət daxil olub

Gündəm | 17:04 • 11 Sentyabr 2024
Parlament seçkiləri ilə əlaqədar MSK-ya 12 müraciət daxil olub

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 12 müraciət daxil olub.

Xezerxeber.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, hay-küyə ehtiyac yoxdur: "Ölkə üzrə 1000-ə yaxın maraqlı tərəfin iştirakı ilə keçən bir tədbirlə bağlı 12 müraciət çox azdır. MSK-ya müraciətlərin daxil olması bu gün başa çatır. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, baxmağa bizim ixtiyarımız yoxdur. Poçtla göndərilən və dairə seçki komissiyasının qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK baxa bilər”.

Xəbər lenti

Çox oxunanlar