Xəzər Xəbər

MSK bəzi seçki məntəqələrinin nəticələrini ləğv etdi

Gündəm | 16:26 • 11 Sentyabr 2024
MSK bəzi seçki məntəqələrinin nəticələrini

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında sentyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı 78 saylı Lənkəran Kənd Seçki Dairəsindən deputatlığa namizəd tərəfindən qəbul olunan müraciətə baxılıb.

Xezerxeber.az-ın məlumatına görə, iclasda qeyd edilib ki, araşdırma zamanı 28 və 32 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı seçkilərin nəticələrinə təsir edəcək pozuntular aşkarlanıb və səs vermənin nəticələri ləğv edilməlidir.

Təklif səsə qoyularaq təsdiq edilib.

Əlavə edilib ki, iki məntəqədə seçkilərin nəticələrinin ləğv edilməsi dairə üzrə ümumi nəticələrə təsir göstərməyib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər lenti