Xəzər Xəbər

MSK beş şikayəti araşdırır

Gündəm | 16:45 • 10 Sentyabr 2024
MSK beş şikayəti

Hazırda Mərkəzi Seçki Komissiyasında (MSK) beş şikayət araşdırılır.

Xezerxeber.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq:

"Dairə seçki komissiyasının göz yumduğu məsələlərə biz baxırıq. Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər. Biz iddiaçıların iddialarını təmin etməyin tərəfdarıyıq. Sadəcə Seçki Məcəlləsinin tələbinə uyğun addım ata bilərik".

Xəbər lenti

Çox oxunanlar