Xəzər Xəbər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Gündəm | 17:36 • 9 Sentyabr 2024
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Sentyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, əvvəlcə Komissiyanın sentyabrın 4-də və 5-də keçirilən iclaslarının protokolları təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər beynəlxalq müşahidə missiyasının təmsilçiləri, media mənsubları, o cümlədən maraqlı subyektlərin bilavasitə iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

Xəbər lenti

Çox oxunanlar