Xəzər Xəbər

Rusiya XİN: Qərb strukturlarının Azərbaycanda keçirilən seçkilərlə bağlı fikirləri reallığa uyğun deyil

Gündəm | 09:00 • 4 Sentyabr 2024
Rusiya XİN: Qərb strukturlarının Azərbaycanda keçirilən seçkilərlə bağlı fikirləri reallığa uyğun deyil

Qərb strukturlarının Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı qərəzli fikirləri reallığa uyğun deyil.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Milli Məclisə növbədənkənar seçkilərlə bağlı məlumatında deyilir.

Qeyd edildiyi kimi, MDB və ŞƏT-in monitorinq missiyalarının qiymətləndirmələrinə əsasən, keçirilən seçkilər “şəffaf, etibarlı və demokratik, milli qanunvericiliyin tələblərinə uyğun təşkil olunmuş kimi tanınıb”.

“Buna baxmayaraq, qərblilər və onlara bağlı beynəlxalq strukturlar növbəti dəfə respublikadakı gedən demokratik prosesin real mənzərəsinə uyğun gəlməyən qərəzli və subyektiv qiymətlər veriblər. Rusiya tərəfinin ATƏT/DTİHB xətti ilə göndərdiyi müşahidəçilər tərəfindən vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması faktları qeydə alınmayıb. Rusiya tərəfi azərbaycanlı dostlarımızı xalq iradəsinin ifadəsinin uğurlu təşkili münasibətilə təbrik edir, onun nəticələri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara geniş ictimai dəstəkdən xəbər verir”, - deyə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Xarici İşlər Nazirliyi Azərbaycan Milli Məclisinin yeni tərkibi ilə Rusiya Federal Məclisi arasında “ölkələr arasında müttəfiqlik münasibətlərinə cavab verən sıx və konstruktiv qarşılıqlı fəaliyyətin” davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Çox oxunanlar