Xəzər Xəbər

Qubada bağ və əkin sahələrində YANĞIN

Gündəm | 16:22 • 2 Sentyabr 2024
Qubada bağ və əkin sahələrində

Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə yanğın başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunublar.

"Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir", - məlumatda qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar