2024-cü ildə Ermənistanın hərbi büdcəsi 50 faiz artıb. Bu da regionda sabitliyə təhdid yaradır.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 2-də Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistana vədlər verilir, qızışdırılır: "Bütün bu proseslər ölkəmiz tərəfindən nəzarətdə saxlanılır".