Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Serbiya XİN rəhbəri Marko Curiç arasında geniş tərkibli görüş keçirilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, turizm və digər sahələrdə ikitərəfli və çoxtərəfli strateji tərəfdaşlığı müzakirə edilib. O cümlədən ticarət, energetika, investisiyalar və s. sahələrdə əlaqələrin möhkəmləndirilməsi perspektivləri, bu istiqamətdə Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, habelə mövcud əməkdaşlıq imkanlarından istifadə imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin regionda münaqişədən sonrakı vəziyyət, Ermənistanla sülh prosesi də müzakirə edilən məsələlərdən olub.