Sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərin qardaş Azərbaycan üçün xeyirlərə vəsilə olmasını diləyirik.
Xezerxeber.az xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin Azərbaycanda keçirilən Milli Məclisə seçkilərlə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Parlament seçkilərinin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının iradəsini ortaya qoyan bu seçkilərin Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcəyinə inanırıq”.