Xəzər Xəbər

Parlament seçkilərində ölkə üzrə seçici fəallığı 37,27 faiz olub

Gündəm | 08:50 • 2 Sentyabr 2024
Parlament seçkilərində ölkə üzrə seçici fəallığı 37,27 faiz olub

Sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərində seçici fəallığı açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, saat 19.00-da səsvermə başa çatıb və 2 milyon 196 min 711 nəfər seçici səsvermədə iştirak edib.

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov bildirib ki, parlament seçkilərində seçici fəallığı 37,27 faiz olub.

Xəbər lenti

Çox oxunanlar