Parlament seçkiləri kifayət qədər yüksək səviyyədə keçirilir. Burada bütün partiyaların fəallığı müşahidə olunur.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Qırğızıstan parlamentinin üzvü Arslanbek Malıyev söyləyib.
O qeyd edib ki, seçicilərin rahat şəkildə səs verə bilmələri üçün mümkün olan bütün şərait yaradılıb.
“Respublikanın bütün vətəndaşları sərbəst şəkildə səs verə bilərlər. Onlar üçün heç bir maneə yoxdur”, - deyə parlamentari əlavə edib.