Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı sentyabrın 1-də “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Xezerxeber.az-ın Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, həmin gün vətəndaşlara yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidməti göstəriləcək.
Bildirilib ki, vətəndaşlar həmin gün yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.