Xəzər Xəbər

Seçiciyə məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatır

Gündəm | 20:08 • 26 Avqust 2024
Seçiciyə məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti

Bu həftə növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatır.

Xezerxeber.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Qanunvericiliyə əsasən, məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək həyata keçirilməlidir.

Təqvim Planında bu müddət 2024-cü il avqustun 8-dən 29-dək müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar