Xəzər Xəbər

Putin Bakıya son səfəri zamanı Pavel Durovla görüşüb? AÇIQLAMA

Gündəm | 14:15 • 26 Avqust 2024
Putin Bakıya son səfəri zamanı Pavel Durovla görüşüb?

Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı “Telegram”ın yaradıcısı Pavel Durovla görüşməyib.

Xezerxeber.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, jurnalistlərin "Vladimir Putinin Bakıda Pavel Durovla görüşü olubmu?" sualına "xeyr" deyə cavab verib.

Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti avqustun 18-19-da Bakıda dövlət səfərində olub.

Xəbər lenti

Çox oxunanlar