Xəzər Xəbər

İlham Əliyev Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun kapitalının artırılmasının zəruriliyini BİLDİRİB

Gündəm | 15:57 • 23 Avqust 2024
İlham Əliyev Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun kapitalının artırılmasının zəruriliyini

Azərbaycan və Özbəkistan birgə İnvestisiya Fondunun kapitalını artırmalıdır.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı vurğulayıb: “İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik”.

Xəbər lenti