Xəzər Xəbər

Növbədənkənar parlament seçkilərində kimlərə seçki bülleteni verilməyəcək?

Gündəm | 17:15 • 22 Avqust 2024
Növbədənkənar parlament seçkilərində kimlərə seçki bülleteni verilməyəcək?

Vətəndaşlar barmağına xüsusi mürəkkəbin çilənməsinə icazə verməsə, onlara seçki bülleteni verilməyəcək.

Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Sədr həmin vətəndaşların dərhal seçki məntəqəsini tərk etməli olduğunu bildirib:

"Amma onlara qarşı heç kim məcburetmə tətbiq edə bilməz".

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Xəbər lenti