Xəzər Xəbər

Sabahdan seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsinə başlanılır

Gündəm | 16:55 • 22 Avqust 2024
Sabahdan seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsinə başlanılır

Sabah növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsinə başlanır.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçki bülletenlərinin hazırlanması prosesi avqustun 22-dək başa çatdırılmalı idi. Proses yekunlaşdırılıb. Təqvim planına əsasən, seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsi avqustun 27-dək yekunlaşdırılmalıdır.

Xatırladaq ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Xəbər lenti

Çox oxunanlar