Xəzər Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

Gündəm | 15:21 • 22 Avqust 2024
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

 

Xəbər lenti

Çox oxunanlar