Xəzər Xəbər

Azərbaycanlıların 90 faizindən çoxu Prezident İlham Əliyevin siyasətini dəstəkləyir SORĞU

Gündəm | 13:32 • 22 Avqust 2024
Azərbaycanlıların 90 faizindən çoxu Prezident İlham Əliyevin siyasətini dəstəkləyir

Azərbaycanlıların 90 faizindən çoxu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir.

Xezerxeber.az-ın verdiyi məlumata görə, bu barədə İtaliyanın SWG analitik agentliyinin Azərbaycanda parlament seçkiləri ərəfəsində apardığı sosial araşdırmada deyilir.

“Respondentlərin 91 faizi Prezident İlham Əliyevin vəzifəsində fəaliyyətini qətiyyətlə bəyənir”, - sorğuda qeyd olunub.

Qeyd edək ki, 1981-ci ildə İtaliyanın Triest şəhərində yaradılmış SWG agentliyi bazarın, siyasətin və cəmiyyətin tendensiyalarını və dinamikasını təhlil edən bazar icmalları, ictimai rəy və institusional qrup sorğuları, sənaye araşdırmaları və monitorinq mərkəzləri hazırlayır və dərc edir.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər sentyabrın 1-nə təyin edilib.

Xəbər lenti

Çox oxunanlar