Xəzər Xəbər

Ermənistana məxsus kvadrokopterin kəşfiyyat uçuşları cəhdinin qarşısı alınıb MN

Gündəm | 12:13 • 19 Avqust 2024
Ermənistana məxsus kvadrokopterin kəşfiyyat uçuşları cəhdinin qarşısı alınıb

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Çox oxunanlar