Xəzər Xəbər

Parlament seçkiləri ilə əlaqədar 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib

Gündəm | 18:36 • 10 Avqust 2024
Parlament seçkiləri ilə əlaqədar 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.

O bildirib ki, bu müşahidəçilərdən 5715 nəfəri Mərkəzi Seçki Komissiyasında, 41 min 92-si isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 29 beynəlxalq qurumdan və 46 ölkədən 267 nəfər akkreditə olunub.

Xəbər lenti

Çox oxunanlar