Xəzər Xəbər

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı dərc edilib

Gündəm | 08:57 • 10 Avqust 2024
Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı dərc edilib

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı dərc olunub.

Xezerxeber.az-ın xəbərinə görə, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Qeyd edək ki, Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsini səsvermə gününə azı 20 gün qalanadək təmin etməlidir. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il avqustun 12-dək olan dövrü əhatə edir.

https://www.infocenter.gov.az/archive/MilliMeclis2024.aspx?i=4&dsk=1

Xəbər lenti

Çox oxunanlar