Xəzər Xəbər

XİN Fələstinə səfərlə bağlı xəbərdarlıq edib

Gündəm | 17:01 • 5 Avqust 2024
XİN Fələstinə səfərlə bağlı xəbərdarlıq edib

"Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur".

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024