Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 5-də keçirilən iclasında söyləyib.
“Deputatlığa namizədliyini irəli sürənlərdən 1420 nəfəri imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”, - deyə MSK sədri vurğulayıb.