Azərbaycanla Ermənistan arasında görüşlər davam edir.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Sabah" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, hazırda münasibətlərin normallaşması istiqamətində fəaliyyətlər davam edir: "Münasibətlərin normallaşacağı təqdirdə Ankara da müəyyən ssenari hazırlayacaq. Yekunda pozitiv ssenarini həyata keçirə, yəni Ermənsitanla sərhədi aça bilərik”.