Xəzər Xəbər

Seçicilər səs verəcəkləri məntəqələri "ASAN xidmət"də öyrənə biləcəklər

Gündəm | 18:21 • 30 İyul 2024
Seçicilər səs verəcəkləri məntəqələri "ASAN xidmət"də

Seçicilər Milli Məclisə növbədənkənar seçkilərlə bağlı “ASAN xidmət” mərkəzlərindəki “ASAN növbə” terminallarında səs verəcəkləri məntəqələri öyrənə bilərlər.

Xezerxeber.az xəbər verir ki, terminallardakı “Seçici statusunu yoxla” adlı funksional bölmədə vətəndaşlar şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər.

Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da təmin olunur.

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı tətbiq edilən innovativ layihə Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə fəaliyyətinin nəticəsidir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024