Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir.
Xezerxeber.az-ın "Sputnik-Armenia"ya istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cənubi Kiprdən olan həmkarı ilə birgə mətbuat konfransında bildirib.
O əlavə edib ki, ölkəsinin daha əvvəl Azərbaycana sərhədboyu insidentlərin araşdırılması və silahlanmaya birgə nəzarətlə bağlı göndərdiyi təkliflər qüvvəsində qalır.