Xəzər Xəbər

MSK parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyib

Gündəm | 14:12 • 27 İyul 2024
MSK parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyib

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələbləri təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı məsələ MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatında Mərkəzi Seçki Komissiyasının iyulun 27-də keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.

Rövzət Qasımov bildirib ki, seçki bülletenlərində namizədlərin soyadı, adı, atasının adı əlifba sırası ilə göstəriləcək.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək.

Xəbər lenti