Xəzər Xəbər

İndiyədək 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Gündəm | 17:34 • 24 İyul 2024
İndiyədək 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Namizədliyi irəli sürülənlər arasında 24 siyasi partiyanın 449 nümayəndəsi var. 

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, deputatlığa namizədliyi irəli sürülən nəfərdən 999 namizədliyi təsdiqlənib, onlardan 911 nəfərə imza vərəqi verilib. İndiyə qədər 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

MSK sədri onu da qeyd edib ki, namizədliyi təsdiq olunan 999 nəfərdən 395-i siyasi partiyaların nümayəndələridir

Xəbər lenti

Çox oxunanlar