Xəzər Xəbər

Paralimpiya çempionları üçün xüsusi paralimpiya təqaüdü təsis olunub

Gündəm | 15:58 • 24 İyul 2024
Paralimpiya çempionları üçün xüsusi paralimpiya təqaüdü təsis olunub

Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunub və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilib.

Xezerxeber.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Xəbər lenti

Çox oxunanlar