Biz çox gözəl bilirik ki, ən böyük karbon tullantılarını istehsal edən və ətrafı çirkləndirən böyük ölkələr hansılardır.
Xezerxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
“Ancaq elə bir platforma yaradılmalıdır ki, daha geniş maliyyə imkanlarına malik olan ölkələr digərlərinə kömək etsin”, - deyə dövlətimizin başçısı vurğulayıb.