Xəzər Xəbər

YAP bu şəxslərin deputatlığa namizədliyini irəli SÜRMƏDİ

Gündəm | 11:51 • 17 İyul 2024
YAP bu şəxslərin deputatlığa namizədliyini irəli

Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib.

Bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.

Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədovun növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib.

Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov

 

və İsa Həbibbəylinin namizədliyi irəli sürülməyib.

Bundan başqa Səttar Möhbalıyevin də namizədliyi hakim partiya tərəfindən irəli sürülməyib. (report)

Xəbər lenti

Çox oxunanlar