Xəzər Xəbər

261 nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi TƏSDİQLƏNDİ

Gündəm | 16:26 • 15 İyul 2024
261 nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 119 seçki dairəsi üzrə 431 nəfər müraciət edib.

Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 213 nəfərə imza vərəqəsi verilib. 9 nəfər isə imza vərəqəsini qaytarıb.

Xəbər lenti

Çox oxunanlar