Xəzər Xəbər

Qusarın yeni icra başçısı kimdir? DOSYE

Gündəm | 15:14 • 8 İyul 2024
Qusarın yeni icra başçısı kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xezerxeber.az-ın məlumatına görə, Sahir Məmmədxanov Sahir Polad oğlu Məmmədxanov 1959-cu ildə İsmayıllıda doğulub. 

1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsini  bitirib.

1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb. 

1993-cü ildən Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

1999-cu ildən "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş İdarə rəisinin müavini, daha sonra 2001-ci ilədək Baş İdarənin rəisi vəzifəsində çalışıb.

2001-2009 – cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsini tutub.

Ölkə başçısının 4 mart, 2009-cu il tarixli sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə, 29 mart, 2016-cı il tarixli sərəncamla isə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, 2020-ci ilin 14 mayında ildə vergilər nazirinin 1-ci müavini vəzifəsini itirmişdi. 2020-ci ildən isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri olub. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

Ailəlidir. 2 övladı var.

Xəbər lenti

Çox oxunanlar