2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 38 153 nəfərə yüksəlib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu dövr ərzində ümumilikdə 87 828 nəfər yaralanıb.
Məlumata görə, son 24 saat ərzində 55 nəfər ölüb, 123 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.