Bir sıra Qərb dövlətlərinin Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması ilə bağlı mövqeyi Türkiyəni qane etmir.
Xezerxebet.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
“Səmimi qəlbdən inanırıq ki, Azərbaycan və Ermənistan arasında hazırkı danışıqlar prosesi tezliklə sülh sazişinin imzalanmasına səbəb olacaq. Bu kontekstdə biz Azərbaycanın bu sazişin imzalanması ilə bağlı güclü qətiyyətini və müsbət yanaşmasını xüsusilə yüksək qiymətləndiririk. Amma bəzi Qərb dövlətlərinin açıq şəkildə Ermənistana üstünlük verildiyi, Azərbaycanın narahatlığına diqqət yetirilmədiyi və balanslı olmayan münasibəti bizi qane etmir. Biz türk dünyası olaraq bu prosesin uğur qazanmasını istəyirik”, - o vurğulayıb.