Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.