Xəzər Xəbər

MSK seçki prosesini izləmək üçün xarici müşahidəçilərə dəvət GÖNDƏRİR

Gündəm | 16:57 • 29 İyun 2024
MSK seçki prosesini izləmək üçün xarici müşahidəçilərə dəvət

Ötən seçkilərdə prosesi izləyən xarici müşahidəcilərə dəvət göndərəcəyik.

Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyunun 29-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı addımlar atacaq.

"Dairələrdə müşahidə aparmaq istəyənlər dairə seçki komissiyalarına müraciət edə bilərlər. Bu seçkilərdə də on minlərlə müşahidəçinin iştirakı gözlənilir", - MSK sədri qeyd edib.

Xəbər lenti