Xəzər Xəbər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərində

Gündəm | 17:34 • 27 İyun 2024
Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya

İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.

Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.

 

Xəbər lenti

Çox oxunanlar