Xəzər Xəbər

Ceyms O’Brayn Azərbaycana GƏLİR

Gündəm | 18:17 • 26 İyun 2024
Ceyms O’Brayn Azərbaycana

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 27-29-da Bakı (Azərbaycan) və Dubrovnikdə (Xorvatiya) səfərdə olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Vurğulanıb ki, Bakıda ABŞ dövlət katibinin köməkçisi Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşərək ikitərəfli əlaqələrdəki irəliləyiş və Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşması istiqamətində ABŞ-ın dəstəyini müzakirə edəcək.

Qeyd olunub ki, dövlət katibinin köməkçisi daha sonra Xorvatiyanın Dubrovnik şəhərinə səfər edəcək. Dubrovnik şəhərində keçirilən forumda amerikalı diplomat Avropa tərəfdaşları və müttəfiqləri ilə Qərbi Balkanların Avro-Atlantik inteqrasiyasını müzakirə edəcək.

Xəbər lenti

Çox oxunanlar