Xəzər Xəbər

Ölkəmiz qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb Baş prokuror

Gündəm | 10:59 • 24 İyun 2024
Ölkəmiz qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb

“Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb”.

Xezerxeber.az-ın məlumata görə, bunu Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən “Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfransda deyib.

Baş Prokuror bildirib ki, kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır: “Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev 2023-cü il dekabrın 25-də 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir".

Xəbər lenti